fbpx

Bozdağda bir qrup vətəndaş köməksiz vəziyyət qaldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında – Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bozdağda #bir #qrup #vətəndaş #köməksiz #vəziyyət #qaldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu