fbpx

2022-ci ilin ilk hərbi xidmətə çağırışı başladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin 26 noyabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Metbuat.az xəbər verir ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Qeyd edək ki, çağırış və ehtiyata buraxılma bu gündən başlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#2022ci #ilin #ilk #hərbi #xidmətə #çağırışı #başladı

Bir Cevap Yazın

Başa dön tuşu