fbpx

29 yaşlı nazirin bu görüntüsü müzakirələrə səbəb oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Norveçin ədliyyə naziri Emili Enqer Mel yenidən gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, ötən günlərdə sörfdə verdiyi poza ilə müzakirələrə səbəb olan nazir bu dəfə TikTok sosial şəbəkəsi ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Norveç müxalifəti mərkəzi Çində yerləşən “TikTok” platformasından istifadə edən Meli təhlükəsizlik səbəbi ilə hesabını bağlamağa çağırıb.

Nazirin müxalifətə cavabı belə olub:

“TikTokdan təhlükəsiz həddi aşmayan şəkildə istifadə edirəm. Tövsiyə edirəm ki, hamı buna eyni cür yanaşsın”.

Mel xilasedici jilet olmadan sörfdən istifadə etdiyinə görə Norveç qanunlarını pozduğu səbəbiylə son bir neçə aydır gündəmdə idi. Yenə naziri hədəfə alan müxalifət bunun ictimaiyyət üçün pis nümunə olduğunu deyib.

Təpkilərlə bağlı açıqlama verən Mel Norveç Dəniz Xidmətinin jilet tələbinin quruya yaxın üzmək üçün keçərli olduğunu və sözügedən fotoşəkilin İtaliyada çəkildiyini bildirib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü 29 yaşlı Emili Enqer Mel Norveçin ən gənc ədliyyə naziridir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#yaşlı #nazirin #görüntüsü #müzakirələrə #səbəb #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu