fbpx
Xəbərlər

30 ildən sonra nəşi tapılan şəhidin qalıqları dəfn olunacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


1993-cü ildə itkin düşən və 30 il sonra qalıqları tapılan şəhid Əli Heydər oğlu Hüseynovun nəşi sentyabrın 11-də Füzulidə dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin qardaşı oğlu, jurnalist Tağı Türk bildirib:

“30 il bundan qabaq Qarabağda döyüşlər zamanı itkin düşmüş, 1968-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan nəşinin qalıqları tapılmış və artıq şəxsiyyəti müəyyən edilmiş Hüseynov Əli Heydər oğlunun qalıqları 11 sentyabr tarixində saat 9:00-da 1 saylı Tibbi Kliniki Xəstəxanasından (Semaşko) ailəmizə təhvil veriləcək. Dəfn mərasimi həmin gün saat 15:00-da Füzuli rayonunun Araz Yağlıvənd qəbristanlığında həyata keçiriləcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ildən #sonra #nəşi #tapılan #şəhidin #qalıqları #dəfn #olunacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu