303 hektar ərazi minadan təmizləndi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.
ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#hektar #ərazi #minadan #təmizləndi