fbpx

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu il martın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 754 mindən çox olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min ədəd və yaxud 25,1 % çoxdur.

“Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və yaxud 55 % artaraq 836,7 min təşkil edib. Bu ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub”, – deyə məlumatda qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #əmək #müqavilələrinin #sayı #açıqlanıb

Bir Cevap Yazın

Başa dön tuşu