fbpx
Xəbərlər

4-5 saniyəyə mənzil satışı: MİDA şəffaflığı necə təmin etməlidir?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Minlərlə insanı növbəyə düzüb, nəticədə bir neçə yüz insan mənzil alacaqsa, narazılığın olması gözləniləndir”.

Bu fikirləri Metbuat.aza açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin bu gün baş tutan seçim turu əsnasında yaranan narazılıqlar fonunda deyib. Ekspertin sözlərinə görə, bu, MİDA-nın satışa çıxartdığı mənzillərin satışı ilə bağlı yaranan ilk narazılıq deyil.

“Çox qısa bir zamanda, demək olar saniyələr ərzində isə 442 mənzil satılıb. Bilirsiniz ki, uzun müddətdir bu layihədən mənzil əldə etmək istəyən insanlar var idi.Hazırda onların əksəriyyəti heç bir otaqlı mənzil də tuta bilməyib. Əgər müraciətlər çoxdursa, mənzillər də məhduddursa konkret olaraq atılacaq addım müraciət sayına limit tətbiq etməkdir. Lakin hər şeydən öncə sistemi dəyişmək yaxşı olardı. Satışlar onlayn deyil bildiyimiz qaydada həyata keçirilərsə bu qədər narazılıqlar yaranmazdı. Çünki həqiqətən ehtiyacı olan şəxslər güzəştli kateqoriyadan olan mənzillərlə təmin olunmalıdır”.

Elnur Fərzəliyev satışa çıxarılan mənzillərin sürətli komputer və internet vasitəsi ilə əldə oluna bilmə iddiaları ilə bağlı da açıqlama verərək qeyd etdi ki, bu da bütün ölkə üçün əlçatana sayılacaq vəziyyət deyildir.

“Elə adam var, 6-cı dəfədir ki, seçimdə iştirak edir amma mənzil sahibi ola bilmir. Güzəştli mənzillərin satışını kateqoriyalar üzrə etmək daha doğru olardı. Yəni bir seçimdə müəllimlər olduğu halda ikinci seçim hərbçilərə və ya digər güzəştli təbəqədən olan şəxslərə verilməlidir. Bu üsul daha ədalətli sayıla bilər. Şəffaflığın təmin olunması narazılıqların aradan qalxmasına səbəb olmaqla yanaşı MİDA-nın nüfuzuna da müsbət təsir edəcəkdir”.

Qeyd edək ki, yaranmış narahatlıqlar və çoxsaylı şikayətlərlə bağlı MİDA-nın hər hansı bir rəsmi açıqlaması olmamışdır.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu