fbpx

42 avtomobili olduğu üzə çıxan sabiq icra başçısı hakimin bu sualı qarşısında mat qaldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, budəfəki məhkəmə prossesinə sədrlik Natiq Əliyevə tapşırılıb.

Məhkəmə prosesinə Alimpaşa Məmmədovun oğlu Adil Əlizadə şahid qismində iştirak etdiyi üçün buraxılmayıb.

Prosesdə Alimpaşa Məmmədov mənimsəmə və israfçılıq maddələri ilə bağlı ifadəsi dinlənilib. Diqqət çəkən məqamlardan biri sabiq icra başçısının Şəmkir rayon İcra Hakimiyyətində yaratdığı fondla bağlı olub. Hakim Natiq Əliyev A.Məmmədovdan hansı əsaslı fond yaratdığını soruşub. O bildirib ki, fond yaratmaqda səhv edib.

Hakim həmçinin, Alimpaşa Məmmədovdan 42 avtomobili necə əldə etdiyini soruşub. Alimpaşa Məmmədov bildirib ki, avtomobilləri ona hədiyyə ediblər. Bu zaman hakim Natiq Əliyev sabiq icra başçısına bunun indi niyə baş vermədiyini deyib:

“Həmin adamsan, bəs indi niyə sənə hədiyyə vermirlər?”, – deyə hakim N.Əliyev bildirib.

Prosesdə məlum olub ki, rayonda iş qurmaq istəyən sahibkarlar A.Məmmədovun yaratdığı fonda rüşvət qismində küllü miqdarda vəsaitlər verib. Rüşvət qismində pullar köməkçisi Mahir Əliyev vasitəsi ilə A.Məmmədova çatdırılıb.

Növbəti məhkəmə prosesi 17-si yanvar saat 15:00-da keçiriləcək.

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#avtomobili #olduğu #üzə #çıxan #sabiq #icra #başçısı #hakimin #sualı #qarşısında #mat #qaldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu