fbpx

ABŞ Azərbaycan xalqına başsağlığı verib

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb.

“Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”, – paylaşımda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Azərbaycan #xalqına #başsağlığı #verib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu