fbpx

“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq edir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir”.

Metbuat.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. Bildirilib ki, Vaşinqton Azərbaycan və Ermənistanın may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantı təsdiqləmələrini istəyir. Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri də bununla bağlıdır. Lakin Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, ABŞ-ın İrəvana təzyiqləri artıracağı gözlənilir.

Qeyd edək ki, E.Olson aprelin 18-də Ermənistana, bir gün sonra, aprelin 19-da isə Azərbaycana səfər edib. O, bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə liderləri ilə görüşüb. Müzakirələrin əsas mövzusu İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #Bakı #ilə #tezliklə #sülh #müqaviləsi #imzalaması #üçün #İrəvana #təzyiq #edir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu