fbpx

ABŞ-da mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Dallas şəhərində Azərbaycandakı mina problemi ilə əlaqədar “Texaslılar minasız dünya üçün – Azərbaycan” adlı layihəyə start verilib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, tanınmış musiqiçi Cəmilə Cavadova-Şpitsberqin təşəbbüsü ilə həyata keçirilən layihədə əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad edilmiş rayonlarındakı mina probleminə cəlb etmək və minaaxtaran itlərin alınaraq ölkəmizə göndərilməsi ilə torpaqlarımızın minadan təmizləmə prosesinə kömək etməkdir.

Amerika Azərbaycan Koordinasiya Şurasının (AAKŞ) üzvü olan təşkilatın çağırışına digər Şura üzvləri və ABŞ-da fəaliyyət göstərən təşkilatlar da qoşulur.

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri adından Texasdakı bütün icmalara ünvanlanan müraciətdə bildirilib ki, Azərbaycan əsilli amerikalıların tarixi vətəni olan Azərbaycan Respublikası 30 illik işğal müddətində çətin sınaqlardan keçib və indiyədək həmin dövrün ağır yükünü daşımaqdadır.

Qeyd edilib ki, bu çətinliklərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində kütləvi şəkildə basdırdığı mina təhlükəsi ilə bağlıdır. Bu minaların Azərbaycanın ətraf mühitini çirkləndirdiyi və öz doğma yurduna qayıtmaq istəyən dinc azərbaycanlıların həyatını ölümlə təhdid etdiyi diqqətə çatdırılıb.

“Marshal Legacy Instute” (MLI) qeyri-kommersiya təşkilatının mina axtaran itlər proqramını (The Mine Detec.on Dog Partnership Program) xatırladan Fond rəhbəri nəzərə çatdırıb ki, xüsusi təlim görmüş bu itlərin alınması və Azərbaycana göndərilməsi məqsədilə tələb olunan vəsaitin toplanması üçün 29 sentyabr 2023-cü ildə Dallasda mədəni tədbir keçiriləcək. Müxtəlif icmaların rəhbərlərinin və rəsmi şəxslərin dəvət olunduğu tədbirdən əldə olunacaq bütün vəsait MLI-nin hesabına köçürüləcək.

Fond rəhbəri amerikalıları vəziyyəti yaxşılığa doğru dəyişmək naminə bu kampaniyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, bu xeyirxah aksiyada hər kəs iştirak edərək, minaaxtaran itlərin alınmasına kömək edə bilər. Vəsaitin toplanmasına dəstək məqsədilə əlavə edilmiş link və ya QR-koddan asanlıqla istifadə edilə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞda #mina #təhlükəsi #ilə #bağlı #Azərbaycana #dəstək #kampaniyası #keçiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu