fbpx
Xəbərlər

ABŞ-ın Yuta ştatının Konqresi Azərbaycanla bağlı bəyanat qəbul etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Yuta ştatının Konqresi 20 Yanvar faciəsini anıb və Azərbaycanla bağlı bəyanat qəbul edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, qətnamədə Azərbaycanın türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika, qadınlara seçki hüququ verən ilk ölkələrdən olması, habelə ölkəmizdə sülh şəraitində birgə yaşayış və dinlərarası harmoniyanın ən yüksək səviyyədə təmin edilməsi, Yuta ştatı ilə Azərbaycan arasında sıx münasibətlərin mövcudluğu, Azərbaycanın demokratiya və iqtisadi müxtəlifliyi təşviq etməsi vurğulanır.

Sənəd Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimə təqdim olunub. Səfir Yuta ştatına səfəri çərçivəsində Konqresdə Senatın Prezidenti Stüart Adams, Nümayəndələr Palatasının Spikeri Brad Vilson və senator Maykl McKell ilə görüşüb.

Görüşlərdə ABŞ və Yuta ştatı ilə ölkəmiz arasında ikitərəfli, xüsusilə də parlamentlərarası əlaqələrin inkişafı, habelə Azərbaycanın regionda artan nüfuzu, xarici siyasət prioritetləri və iqtisadiyyat sahəsində atdığı yenilikçi addımları barədə məlumat verilib, bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra səfir X.İbrahim Senat və Nümayəndələr Palatasının sessiyalarında iştirak edib. Konqresin hər iki palatasında 20 Yanvar faciəsi anılıb, məlum hadisənin Azərbaycan tarixindəki rolu və əhəmiyyəti, habelə ölkəmiz barədə amerikalı parlamentarilərə məlumat verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞın #Yuta #ştatının #Konqresi #Azərbaycanla #bağlı #bəyanat #qəbul #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu