fbpx
Xəbərlər

ABŞ Konqresi Ukraynaya 12,4 milyard dollar əlavə yardımı təsdiqlədi

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, məlumat ABŞ qanunvericilik orqanının aşağı palatasının saytında yayımlanıb.

Sentyabrın 29-da ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib. İndi onu ABŞ prezidenti Cozef Bayden imzalamalıdır.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Bundan əvvəl ABŞ Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketi elan edib. Paketə 18 yeni HIMARS və dron əleyhinə sistemdən əlavə, yüzlərlə zirehli maşın və radar daxil olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu