fbpx
Xəbərlər

ABŞ-nin üç şəhərində 28 May “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-nin Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şahərlərində 28 may tarixi “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumata verilib.

Bildirilib ki, bununla əlaqədar Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhər meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse “Pepe” Dias və mer Daniella Levin Kava bəyannamə imzalayıblar.

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan Respublikası arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub. Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdikləri, 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu nəzərə çatdırılıb.

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Qərarların qəbul edilməsi Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında gerçəkləşib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu