fbpx
Xəbərlər

ABŞ Rusiya ilə ticarət əlaqələrini dayandırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ Ukraynaya hücumlarına görə Rusiya ilə ticarət əlaqələrini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Bayden Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan (BVF) kömək almasına mane olacaqlarını deyib:

“Rusiya iqtisadiyyatını, demək olar, məhv etmişik. Moskva birjası iki həftədir açılmır, çünki açılanda çökəcəklərini bilirlər”.

ABŞ lideri Rusiyaya alkoqol və dəniz məhsulları idxalını da dayandırdıqlarını qeyd edib.

O, azad dünyanın Putinə qarşı birləşdiyini vurğulayıb: “Hər gün beynəlxalq şirkətlər bir-bir Rusiyadan çəkilir”.

Bayden əlavə edib ki, ABŞ Putinin Ukraynaya qalib gələcəyini düşünmür:

“NATO-nun Rusiyaya qarşı müharibəsi III Dünya Müharibəsi ola bilər”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu