fbpx

ABŞ səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Elis Spensli və Səfirliyin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev Mətbuat Şurasında olublar.

Mətbuat Şurasından Metbuat.az-a verilən məlumata görə, görüş Şuranın Beynəlxalq əlaqələr komissiyasının xətti ilə təşkil edilib. Komissiya tərəfindən sədr Müşfiq Ələsgərli və qurumun üzvü Yeganə Hacıyeva, həmçinin, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov iştirak ediblər.

Görüşdə ABŞ Səfirliyinin Azərbaycanın media məkanı ilə bağlı əlaqələrindəki spesifik məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, zaman-zaman həyata keçirilmiş qarşılıqlı əməkdaşlıq jurnalist ictimaiyyətinə müsbət nəticələr verib.

Görüşdə, eyni zamanda, Mətbuat Şurasının Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında seçilmiş yeni İdarə Heyətinin ABŞ Səfirliyi ilə əməkdaşlıq perspektivlərinə toxunulub. Mövcud xüsusda hər iki ölkənin media qurumları arasında təmasların gücləndirilməsinin əsl həqiqətlərin çatdırılmasına töhfə verə biləcəyi vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ABŞ #səfirliyinin #mətbuat #katibi #Mətbuat #Şurasında #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu