fbpx

Abşerondakı palçıq vulkanları ətrafında 5 stansiya quraşdırılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında 5 stansiya quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub.

Hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu