fbpx
Xəbərlər

AÇG-ə bu il 1 mlrd. dollara yaxın vəsait xərclənilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin birinci yarısı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 232 milyon dollar əməliyyat məsrəfləri və 746 milyon dollar əsaslı məsrəflər xərclənilib (ümumi 978 milyon dollar – red.).

Bu barədə Metbuat.az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (98 000), Qərbi Azəri (91 000), “Şərqi Azəri” (61 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 mln. barel, yəni 9 mln. ton olub.

Qeyd olunur ki, ikinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AÇGə #mlrd #dollara #yaxın #vəsait #xərclənilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu