fbpx

Adı “Qırmızı Kitab”a düşmüş zəlini ovlayan şəxs cəzalandırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ETSN-dən məlumat verilib. Bildirlib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı zəli ovlayan şəxsin Sumqayıt şəhər sakini Azər Cəfərov olduğu müəyyən edilib, ondan ovlanmış zəlilər götürülüb:

“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Adı #Qırmızı #Kitaba #düşmüş #zəlini #ovlayan #şəxs #cəzalandırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu