fbpx

AFFA Ceyhun Nuriyevi sərt cəzalandırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu Ceyhun Nuriyevi sərt cəzalandırıb.

Metbuat.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin “Kəpəz”lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundakı davranışı səbəb olub.

Matçın 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Nuriyevə 3 aylıq sınaq müddəti təyin olunub. Futbolçu 4 oyunluq cəzalanıb. Bunun 2-si şərti xarakter daşıyır. Klub isə 3 200 manat cərimələnib.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov isə hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Mütəxəssis həmçinin klubunu 800 manat ziyana salıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AFFA #Ceyhun #Nuriyevi #sərt #cəzalandırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu