fbpx

AFFA-nı idarə edəcək şəxs bəlli olub

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA-nın idarəetməsi əvvəlki sistemə qayıdacaq.

Metbuat.az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb FİFA-da vəzifə alan Elxan Məmmədovun icraçı vitse-prezident vəzifəsini tərk etməsidir.

O, qurumdakı fəaliyyətini vitse-prezident kimi davam etdirəcək. Assosiasiyada bu vəzifəni tutanların sayı 4-ə çatacaq. Məmmədov AFFA-da Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov kimi çalışacaq.

İcraçı vitse-prezident vəzifəsi ləğv ediləcəyindən AFFA-nın idarəçiliyi yenidən baş katibə veriləcək. Qurumun idarəetmə sisteminə Sərxan Hacıyev rəhbərlik edəcək. Bu, assosiasiyanın İcraiyyə Komitəsinin növbəti yığıncağında rəsmiləşməlidir.

Qeyd edək ki, 2007-ci ildən AFFA-nın baş katibi olan Məmmədov 2020-ci ildən icraçı vitse-prezident kimi çalışıb. O, mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru kimi fəaliyyət göstərəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu