fbpx

“Ağ ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağ ev “F-16” qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə istismarda olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün komplektlərinin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 “hava-hava” raketi və 800 aviabomba satmaq niyyətindədir.

Qəzetin yazdığına görə, silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-yə planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna edilmir.

Nəşr qeyd edib ki, “F-16”nın Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil “F-35” qırıcılarının satışını təsdiqləyə bilərlər. Qəzet işarə edib ki, bu, Vaşinqton və Ankara arasında mümkün sövdələşmə ilə bağlı Afinada narazılığın dərəcəsini azaldacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağ #Konqresdən #F16 #qırıcılarının #Türkiyəyə #satılması #üçün #icazə #istəyir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin