fbpx
Xəbərlər

“Turan Tovuz” səfərdə “Qəbələ”yə qalib gəlib

BEY.AZ informasiya agentliyi xəbər verir



Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha bir oyun keçirilib.

Metbuat.az xəbər verir ki, “Qəbələ” klubu “Turan Tovuz”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qəbələ”nin heyətində Rafael Utziq, rəqib komandadan isə Sadiq Quliyev və Xulu Siyanda fərqləniblər.

Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz təmsilçisi isə 38 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə edib. “Səbail” – “Qarabağ” oyunu mayın 13-də, “Neftçi” – “Şamaxı” qarşılaşması ayın 14-də, “Sumqayıt” – “Sabah” matçı isə mayın 17-də keçiriləcək.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Turan #Tovuz #səfərdə #Qəbələyə #qalib #gəlib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu