fbpx

Ağacların qanunsuz kəsilməsi ilə bağlı bələdiyyə sədrinə cinayət işi açılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Qazax rayonu Xanlıqlar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Metbuat.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla rayonun Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kənd ərazisində yerləşən qovaq ağaclarının quruyaraq əhali üçün təhlükə yaratmasını əsas gətirərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yalnız budanmasına razılıq verilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Sənan Heydanov ilə razılığa gəlib 26 yanvar 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 6 ədəd qovaq ağacını qanunsuz olaraq kəsdirərək sonuncuya məxsus fermaya daşınması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu