fbpx

Ağamirzə “Beşiktaş”ı qarşılamağa getdi – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir



Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib.

Metbuat.az xəbər verir ki, İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub.

O, saytımıza açıqlamasında sabahkı matçdan gözləntilərini bölüşüb:

“Türkiyə bizim qardaşımızdır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! İnşallah, sabah maraqlı oyun olacaq. “Beşiktaş”a azarkeşlik edirəm. Amma ondan da çox “Sabah”ı dəstəkləyirəm. Düşünürəm ki, “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ağamirzə #Beşiktaşı #qarşılamağa #getdi #FOTO

Bir Cevap Yazın

Başa dön tuşu