fbpx

Ağcabədidə narkotik satan şəxs həbs edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağcabədidə narkotik satan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cahid Nəcəfov saxlanılıb.

Belə ki, C.Nəcəfov taksi fəaliyyəti ilə məşğul olan digər bir rayon sakininə məxsus avtomobilə sərnişin qismində əyləşərək narkotik vasitələrin satışını həyata keçirib.

Araşdırmalarla onun avtomobildə gizlətdiyi 275 qrama yaxın heroin, 31 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu