fbpx

Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Müzəffər Ali Baş Komandan Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 20 noyabr tarixində Ağdam rayonu bir güllə belə atılmadan işğaldan azad olunub.

Metbuat.az xəbər verir ki, bu münasibət ilə Ağdam şəhərində rayonun işğaldan azad olunmasının iki illik ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Xüsusi Nümayəndəlik, ərazidə fəaliyyət göstərən dövlət orqanları, şəhid ailələri, qazilər və Ağdam rayonu ictimaiyyət nümayəndələri tərəfindən ilk olaraq Şəhidlər Xiyabanı ziyarət olunmuş, 44 günlük müharibədə qəhrəmancasına döyüşərək, şəhid olanların adları həkk olunmuş lövhənin qarşısında əkil və güllər qoyulmuş, dualar oxunmuş və şəhidlər xiyabanı ziyarət edilib.

Ağdam Konfrans Mərkəzində davam edən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca 1 dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq, açılış sözü ilə çıxış etmiş və Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra rayon ictimaiyyət nümayəndələri tərəfindən Möhtərəm Prezident cənab İlham Əliyevə Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ünvanlanan təşəkkür məktubu səsləndirilib.

Rəsmi hissəsinin ardınca, tanınmış və görkəmli incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu