fbpx

“Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb.

Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırldıb.

C.Bayramov həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AğdamXankəndi #yolundan #istifadə #ilə #bağlı #təklifimiz #qüvvədədir

Bir Cevap Yazın

Başa dön tuşu