fbpx
Xəbərlər

Ağdaşda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonu, H. Əliyev prospekti B/84 ünvanında fəaliyyət göstərən, sahibkar Mustafayev Pərviz Vilayət oğluna məxsus baytarlıq aptekində keçirdiyi yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, həmçinin son istifadə tarixi bitmiş, üzərində ilkin istehsal və son istifadə müddəti qeyd olunmayan baytarlıq preparatları aşkar edilib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, aşkar edilmiş qanunsuz hallarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu