fbpx

Aİ-92 benzini ilə bağlı MÜHÜM XƏBƏR: BU TARİXDƏN…

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyunun 1-dək qüvvədə qalacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu