fbpx

Ailəli qadınları cin çıxarmaq bəhanəsi ilə evinə çağırdı: Dəhşətli əməl törətdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə Bahadır Koyunçu adlı şəxs cin çıxarmaq bəhanəsi ilə çox sayda qadına təcavüz edib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bahadır köməkçisi ilə birgə həmçinin insanların külli miqdarda pulunu mənimsəyib. Şikayətlərdən sonra onların hər ikisi nəzarətə götürülüb. Artıq onların bütün əməlləri sübuta yetirilib. Məlum olub ki, özünü “Biro enerji mütəxəssisi” adlandıran Bahadır, qadınlara qarşı iyrənc əməllərini gizli şəkildə lentə alıb. Polis aralarında qadınların açıq foto və videolarının da olduğu 2 minə yaxın belə video aşkar edib. Bəzi görüntülərdə Bahadırın cinsi təcavüz zamanı qadınların bədənlərinə qələmlə müxtəlif işarələr çəkdiyi əks olunub. Bəzi qadınlar ailəli olduğu üçün polisə şikayət etməyə çəkinib.

Cinayətkar bunu fantaziya məqsədilə etdiyini ifadə edib. Həmçinin cinayətkarın evində silahlar aşkar edilib. Bahadır Koyunçu və onun köməkçisi barədə məhkəmə qərar verəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu