fbpx

Aleksandr Bortnikov Prezident İlham Əliyevə təşəkkür etdi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov Prezident İlham Əliyevə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, A.Bortnikov bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbulu zamanı deyib.

“İlham Heydər oğlu, yaradılan şəraitə və bugünkü görüşdə bizə verdiyiniz tövsiyələrə, tarixi arayışa, hazırda bizim içərisində olduğumuz MDB məkanında və regionda baş verən proseslərin əsaslandırılmasına görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu, baş verənlərin anlaşılması və obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bugünkü iclasın nəticələrindən gələcəkdə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllində maksimum dərəcədə səmərəli və məhsuldar istifadə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – Aleksandr Bortnikov qeyd edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Aleksandr #Bortnikov #Prezident #İlham #Əliyevə #təşəkkür #etdi

Bir Cevap Yazın

Başa dön tuşu