fbpx

Ali Attestasiya Komissiyasının ləğvi ilə bağlı fikirlərə professordan REAKSİYA

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən günlərdə Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. Belə ki, onun saxta elmi adlar satdığı aşkarlanıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunub. Ali Attestasiya Komissiyasının işi tənqid edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov bildirib ki, bir nəfərə görə Komissiyanın işini bu cür tənqid etmək düzgün deyil. Onun fikrincə, bu tənqidlər qarayaxmadır:

“Hesab edirəm ki, son həftələr ərzində Ali Attestasiya Komissiyasının işi ilə bağlı mətbuatda müxtəlif
açıqlamalar verilir ki, onların tam əksəriyyəti qərəzli məzmunludur. Zənnimcə,
bu, təşkil olunmuş bir kampaniya şəklində reallaşdırılır. Belə ki, bir sıra
dövlət ali məktəblərində elmi işlərin, dissertasiyaların müdafiəsi, hazırlanması ilə bağlı
real elmi tədqiqatlarla deyil, müəllimlərin daha çox inzibati işlərdə olması ilə bağlıdır. Universitetlərdə
müvafiq vəzifələr tutmalar, fikrimcə, müəllimlərin elmdən uzaq olmasına, onların tədqiqatlarında
çox ciddi problemlərə səbəb olur. Hətta onların tədqiqatlarının özləri tərəfindən yazılıb-yazılmaması ilə bağlı ciddi suallar var və bu sualların olması nəticədə ali attestasiya komissiyası tərəfindən diplom almaları ilə bağlı problemlərlə üzləşməsinə şərait
yaradır. Çünki Attestasiya Komissiyasında son illər ərzində şəffaflıqla bağlı
qanunun aliliyi ilə bağlı sistemli islahatlar həyata keçirilib. Məlumdur ki, komissiyanın son beş ilə yaxın müddət ərzində yeni rəhbərliyi
mövcuddur. Prezidenti tərəfindən komissiya rəhbərliyində aparılan dəyişikliklər
öz müsbət nəticələrini verib. 2019-cu ildən elmi dərəcələrin
və elmi adların verilməsi ilə bağlı yeni qaydalar qüvvədədir”.

Professor qeyd edib ki, bir nəfərin qanunsuz əməllərinə görə, Komissiyanın adına ləkə vurmaq düzgün deyil. O, Ali Attestasiya Komissiyasının ləğv edilərək bu səlahiyyətin universitetlərə verilməsi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib:

“Zənnimcə, hər hansı bir şəxsə açılan cinayət işi ilə
bağlı məsələ bütövlükdə böyük bir qurumun inkişafına, böyük bir qurumun fəaliyyətinə
ləkə sala bilməz. Azərbaycan qanunun aliliyi təmin olunmuş bir dövlətdir. Mən hesab edirəm ki, hər hansı bir fərd, hər hansı bir şəxs cinayət məsuliyyəti
törədibsə, məhkəmə həmin şəxsin cəzalandırılması ilə bağlı öz müvafiq qərarını
verəcək. Amma bu o demək deyil ki, bu qədər sistemli şəkildə fəaliyyət göstərən,
neqativ hallara qarşı effektiv mübarizə aparan bütöv bir quruma, hansısa elmdən,
uzaq adamlar qarayaxma kampaniyası aparsınlar.

Ona görə də, fikrimcə, sistemli
şəkildə xoşagəlməz, elmi istiqamətdə hallarla mübarizə aparan bir qurumun fəaliyyəti kimlərsə tərəfindən şübhə altına qoyulur. Bununla da Azərbaycanda elmin, təhsilin inkişafına zərbə vurmuş olurlar. Komissiyanın lazımsız olması, elmi dərəcələr və elmi adların universitetlər tərəfindən verilməsi ilə bağlı müxtəlif fikirlər var. Bu isə qısa müddət ərzində Azərbaycanda
elmdən tamamilə uzaq olan insanların professor, dosen, elmlər, fəlsəfə doktorları
kimi özlərini təqdim etmələrinin şahidi olacağıq. Bu Azərbaycan elmi, təhsili üçün, fikrimcə, bir fəlakət olacaq”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Ali #Attestasiya #Komissiyasının #ləğvi #ilə #bağlı #fikirlərə #professordan #REAKSİYA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu