fbpx

Almaniya Türkiyədə zəlzələdən zərər çəkənlər üçün viza almağı sadələşdirir

BEY.AZ informasiya agentliyi xəbər verir


Almaniyanın daxili işlər naziri Nensi Faeser ölkədə yaşayan türk və suriyalıların zəlzələdən zərər çəkmiş yaxın qohumlarını Almaniyaya gətirə bilmələri üçün üçaylıq viza ala biləcəklər

Metbuat.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzetinə danışan nazir Almaniyadakı türk və suriyalı ailələr müalicə ala bilmək üçün təbii fəlakət bölgəsindəki yaxın qohumlarını asan yollarla yanlarına gətirə biləcəklər.

Vizalar üç ay etibarlı olacaq və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən tez bir zamanda veriləcək. Almaniyalı nazir açıqlayıb ki, bu addım insanlara belə vəziyyətdə köməklə bağlıdır.

Daha əvvəl Berlin əyalətinin kansleri Franziska Giffey bildirmişdi ki, əyalət hökuməti şəhərdə qohumları olan zəlzələ qurbanlarının Berlinə gəlməsi üçün giriş şərtlərini və viza tələblərini yüngülləşdirməyə razıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Almaniya #Türkiyədə #zəlzələdən #zərər #çəkənlər #üçün #viza #almağı #sadələşdirir

Bir Cevap Yazın

Başa dön tuşu