fbpx

Almaniyada həbs edilmiş şəxs Azərbaycana ekstradisiya edildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Metbuat.az-a verilən xəbərə görə, Elçin Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Elçin Seyidli Almaniyadan ölkəmizə gətirilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Almaniyada #həbs #edilmiş #şəxs #Azərbaycana #ekstradisiya #edildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin