fbpx

Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesi BAŞA ÇATDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində 10 mart tarixində Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.

Bu barədə Metbuat.az-aAzərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd edilib ki, Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilib:

“İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.

Zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyənin #zəlzələ #bölgəsindən #təxliyə #prosesi #BAŞA #ÇATDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu