fbpx

Almatıda “narıncı səviyyə” ləğv edilir

BEY.AZ informasiya agentliyi xəbər verir


Fevralın 7-dən Almatıda terror təhlükəsinin yüksək – “narıncı” səviyyəsi şəhərdə vəziyyətin sabitləşməsi ilə əlaqədar ləğv ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə terrorla mübarizə üzrə operativ qərargahdan bildirilib.

“Terrorla Mübarizə üzrə Şəhər Operativ Qərargahı Almatı şəhərində vəziyyətin sabitləşməsi barədə məlumat verir. Qərargah rəhbərinin qəbul etdiyi qərara əsasən, bu il fevralın 7-də saat 00.00-dan yüksək – “narıncı” terror təhlükəsi səviyyəsi ləğv edilir” – qərargahın mətbuat xidməti qeyd edib.

Həmçinin, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının xidmətin təkmilləşdirilmiş formasını həyata keçirməyə davam edəcəyi bildirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu