fbpx

Alonso oyundan sonra “Qarabağ”ın futbolçusunu bağrına basıb

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” dünən səfərdə “Bayer”lə qarşılaşdı. Hazırda Almaniya bundesliqasının lideri olan Leverkuzen təmsilçisi ilə matçda Ağdam komandası 1:5 hesablı məğlubiyyətə uğradı.

BEY.AZ Qol.az-a istinadən xəbər ki, bu matçın bir iştirakçısı Almaniyada çoxunun diqqət mərkəzində olub. Söhbət “Qarabağ”ın qapıçısı Andrey Lunyovdan gedir. Rusiyalı qapıçı bu yay “Qarabağ”a keçənə qədər “Bayer”in oyunçusu olub. O, 2021-23-cü illərdə Leverkuzen təmsilçinin ikinci qapıçısı kimi çıxış edib. Lunyov bir müddət “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında da oynayıb.

Qeyd edək ki, ispan mütəxəssis dünənki matçdan sonra meydana daxil olaraq komandasının üzvlərini təbrik edib. Bu zaman isə o, Lunyovla da rastlaşıb. Həmin an hər iki şəxs səmimi şəkildə görüşərək bir-birilərini bağrına basıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Alonso #oyundan #sonra #Qarabağın #futbolçusunu #bağrına #basıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu