fbpx

“AMEA-da prezident seçkiləri hələlik gündəmdə deyil”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri hələlik gündəmdə deyil.

Metbuat.az xəbər verir ki bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.

O bildirib ki, aprelin 27-də keçiriləcək Ümumi yığıncaqda yalnız illik hesabat müzakirə ediləcək.

“Prezident seçkilərinin nə zaman keçiriləcəyi barədə hələlik bir şey deyə bilmərəm”, – Arif Həşimov qeyd edib.

Akademik AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi məsələsinə də aydınlıq gətirib.

O, institutların özünüidarəetmədə daha sərbəst hərəkət etməli olduğunu diqqətə çatdırıb və əlavə edib ki, bununla bağlı təkliflər olacaq.

“İndidən bir söz deyib istiqamətləri dəyişdirmək istəməzdim. Eyni zamanda, digər sahələrdə olduğu kimi, AMEA-da da gəncləşdirmə siyasəti aparılır”, – Arif Həşimov vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu