fbpx
Xəbərlər

​Amerikalı jurnalistin hərbçilərə qurduğu “tələlər”

BEY.AZ informasiya agentliyi xəbər verir


Almaniyada yaşayan amerikalı jurnalist Lindsey Tayler Snelin Türkiyənin xaricdəki , xüsusən də Liviya, Suriya və Azərbaycan hərbi qulluqçularını sosial mediada tələyə salaraq məlumat toplamağa çalışıb.

Metbuat.az DHA-ya istinadən xəbər verir ki, amerikalı jurnalist Lindseyin “Facebook”, “Twitter”, “İnstagram” kimi sosial şəbəkələrdən hərbçilərlə əlaqə qurub Türkiyənin hərbi əməliyyatları ilə bağlı məlumatlar əldə etməyə çalışıb. “Tinder” sosial şəbəkəsində də əlaqə qurduğu hərbçilərlə cinsi mövzuda söhbətlər edib, şəkil və video paylaşdığı müəyyən olunub.

Snelin sosial media hesabları vasitəsilə xaricdəki hərbi qulluqçuları və Azərbaycanlı əsgərləri də hədəf aldığı şəxslərdən Türkiyənin apardığı əməliyyatlar və hərbi varlığı ilə bağlı məlumat almağa çalışdığı aydın olub.

Hətta onun 2-ci Qarabağ müharibəsi zamanı da Türkiyə və Azərbaycana qarşı bəzi fəaliyyətlər apardığı, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə nəşrlər hazırladığı müəyyən edilib.

Qeyd edək ki, Snelin 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla girərkən tutulduğu, 2016-cı ilin avqust-oktyabr ayları arasında “hərbi qadağan olunan zonanı pozmaq və casusluq” ittihamı ilə saxlanıldıqdan sonra deportasiya edildiyi öyrənilib. ‘G-87’ məhdudiyyət kodu ilə Türkiyəyə girişi qadağan edilən ABŞ vətəndaşı Lindsey Tayler Snelin sosial mediada PKK/YPG və FETÖ ilə əlaqədə olduğu, eyni zamanda FETÖ ilə əlaqəli “The Investigative Journal” saytının müəlliflərindən biri olduğu bildirilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu