fbpx

“Amerikalı kürəkən” yenidən Akademik Musiqili Teatrın səhnəsinə qayıdır

BEY.AZ informasiya agentliyi xəbər verir

Üç illik fasilədən sonra ilk dəfə 18 iyun saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” tamaşası yenidən oynanılacaq.

İlgili Makaleler

Metbuat.az xəbər verir ki, yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar, Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamaldır.

Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılacaq.

Səhnə əsərində rolları xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

“Amerikalı kürəkən” tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilər. Kollektiv sifarişlər qəbul olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu