fbpx
Xəbərlər

Amerikalı seysmoloqlar Azərbaycanda səfərdədirlər – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir



Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin əməkdaşı Dastin Rey Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır.

Metbuat.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən verilən məlumata görə, amerikalı seysmoloqlar səfər çərçivəsində “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Feyzullayev Rəsul ilə birlikdə çöl işlərində olublar.

Həmçinin amerikalı seysmoloqlar AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə aparılan tədqiqat işlərinə dair müzakirələr aparıblar. Amerikalı seysmoloqların səfəri iyulun 26-na qədər davam edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Amerikalı #seysmoloqlar #Azərbaycanda #səfərdədirlər #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu