fbpx

“Anası hər şeyi bilirmiş” – İtkin düşən oğlan və qız barədə yeni FAKTLAR / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


İsmayıllıda itkin düşən şəxslər haqqında bəzi təfərrüatlar məlum olub.

Metbuat.az APA TV-yə istinadən xəbər verir ki, itkin düşən İsmayıllı rayon Kürdmaşı kənd sakini Ağaverdi Xəlilovun atası Tofiq Xəlilov bəzi məqamlara aydınlıq gətirib.

Məlum olub ki, itkin düşən şəxslər İsmayıllı Dövlət Texnalogiya Kollecində tələbə olarkən tanış olublar. Atasının dediyinə görə, hər iki şəxsin 19 yaşı var və oğlan bir neçə dəfə evdə anasına sevdiyi qız olduğunu, onunla eyni kollecdə təhsil aldığını bildirib. Tofiq Xəlilov iddia edir ki, İsmayıllı sakini 2004-cu il təvəllüdlü Aytac Mayilova oğlu ilə əvvəlcədən razılaşaraq qaçıb.

Onun sözlərinə görə, hadisədən bir gün qabaq oğlan evde hamı ilə birgə yemək yeyib və yatmaq adıyla öz otağına keçib. Sonra məlum olub ki, o, gecə yarısı saat 3-4 radələrində evdən çıxaraq Aytac Mayilova ilə birgə Bakı istiqamətində hərəkət edib. Onların Bakı istiqamətində hərəkəti müşahidə kameraları ilə müəyyən edilib. Qızın ailəsi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

Onu da qeyd edək ki, hər iki gəncin kollecdən xaric edildiyi bildirilir. Məlumata görə, onlar kollecdən sevgili olduqları və bundan dolayı nizam-intizam qaydalarına əməl etmədikləri üçün qovulublar. Hazırda faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Anası #hər #şeyi #bilirmiş #İtkin #düşən #oğlan #və #qız #barədə #yeni #FAKTLAR #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu