Ancaq özlərini düşünən bürclər – Onlardan qaçın
Astroloqlara görə, bəzi bürclər aşırı eqoist olurlar və bu, onların digər insanlarla sağlam münasibətlər qurmasına mane olur.
BEY.AZ xarici mediaya istinadən bildirir ki, həmin bürclər bunlardır:
Oğlaqlar – onlar ətraflarındakı insanlara qarşı anlayışlı və düşüncəli davranmağı sevsələr də, bütün fikirlərini öz işlərinə cəmləməyi sevirlər. Onlar üçün əsas öz problemləri və maraqlarıdır. Oğlaqlarla eşq yaşamaq istəyənlər iki dəfə düşünməlidir.
Balıqlar – bu bürc altında doğulan insanlar ən çətin vəziyyətlərdə də ilk olaraq özlərini düşünürlər. Onlarla bir problem qarşısında qalsanız, təkcə özlərinin o vəziyyətdən çıxış yolunu axtaracaqlar. Odur ki, onlarla münasibət qurmaq fikriniz varsa, risk etmiş olacaqsınız.
Əqrəblər – bu bürcün qadınları daha eqoist olurlar. Xüsusən təhlükə olduğu anda sizi unuda bilərlər. Əksər hallarda həm də asosial olan əqrəblər təkcə öz problemlərinin həlli ilə məşğul olmağı sevirlər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |