fbpx

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərudçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm; Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm; Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm; Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yağıntılı #hava #şəraiti #ilə #əlaqədar #çaylarda #sululuq #artıb

Bir Cevap Yazın

Başa dön tuşu