fbpx
Xəbərlər

Ankaranın təsir imkanı zəifləyir: Ərdoğan savaşı dayandırmaq istəyirsə…

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı açıqlama verib. Türk XİN rəhbəri deyib ki, savaşa son verilməlidir, çünki müharibənin qlobal nəticələri var:

“Ukraynadakı müharibənin dayandırılması prioritetimizdir. Biz müharibənin başa çatması üçün səylərimizi, humanitar addımlarımızı davam etdiririk”.

Vəziyyəti dəyərləndirən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a danışarkən xatırlatdı ki, müharibə başladığı ilk gündən tərəflər arasında diplomatik səylərini ortaya qoyan Türkiyə hər iki tərəfdən balanslaşdırılmış siyasət yaratdı:

“Türkiyə hər iki tərəfin danışa biləcəyi bəlkə də yeganə dövlətdir. Məsələ ondadır ki, ilk vaxtlar Ankaranın proseslərə təsir imkanı olsa da, artıq təəssüf ki, Türkiyə rəsmiləri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan öz humanist mövqelərini ancaq bəyanatlarla faktiki olaraq ifadə etməli olurlar. Düzdür, təmaslar, diplomatik səylər davam edir. Hesab edirəm ki, proses Türkiyənin nəzarətindən çıxıb. Türkiyə əgər Ukraynadakı müharibəni dayandırmaq istəyirsə, əsas ssenari müəllifi olan ABŞ ilə təmaslara keçməlidir. Çünki artıq müharibənin taleyi ABŞ-nin əlindədir”.

Ekspert qeyd etdi ki, Qərbin silahlandırdığı Ukrayna məcburdur ki, müharibəyə davam etsin. Belə vəziyyətdə nə Rusiya, nə də Ukraynanın sülhə gedən yolda addım atmayacağını ifadə edən Kənan Novruzov dedi ki, Türkiyənin ABŞ-ni razı salmağı da çətin məsələdir:

“Türkiyə rəsmiləri özləri də etiraf edirlər ki, üfüqdə sülh görünmür. Mən düşünürəm ki, hətta qlobal təhlükəsizliyin təhdidi naminə başa gəlsə belə, müharibə çox uzun müddət davam edəcək. Hesab edirəm ki, müharibə nəticəsində ya Ukrayna parçalanacaq, ya da Rusiya sarsılmaz zərbə olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ankaranın #təsir #imkanı #zəifləyir #Ərdoğan #savaşı #dayandırmaq #istəyirsə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu