fbpx

Aparıcı Rövşanəyə yeni vəzifə verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Həftənin birinci günündən artıq həftə içi 5 gün səhər proqramına aparıcılıq edəcəyəm.

Metbuat.az globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalist, tele-aparıcı Rövşanə Ağasəfqızı deyib.

O, verilişin şou xarakterli olmadığını bildirib:

“Rəhbərlik yeni dəyişib və bundan sonra kanalın hansı formatda olacağı haqda bir söz deyə bilmərəm. Amma mən əyləncə xarakterli aparıcı deyiləm. Yeni verilişim daha çox sosial, milli-mənəvi, ədəbiyyat, aktual mövzular istiqamətində olacaq. İki həftə şənbə-bazar da daxil olmaqla həftənin 7 günü də çalışacağam, daha sonra veriliş artıq həftə içi 5 gün olacaq. Həm də səhər proqramı komandasına mən rəhbərlik edəcəyəm”.

Qeyd edək ki, aparıcı Turan İbrahimli ötən gün “Space” TV-nin efirindən işdən ayrıldığını deyib. O, kanalın yeni yayım formatına keçdiyini, indən sonra efirdə əsasən yumorlu verilişlərin yayımlanacağını, xəbər tipli proqramların olmayacağını deyib. Bu səbəbdən də işdən ayrıldığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Aparıcı #Rövşanəyə #yeni #vəzifə #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu