fbpx

Aqrokimyəvi maddələrin saxlanıldığı 137 müəssisədə nöqsanlar aşkar olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkə ərazisində pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək təhlükələrin əvvəlcədən qarşısının alınması, istifadəyə yararsız və istifadə müddəti bitmiş preparatların vaxtında aşkarlanaraq zərərsizləşdirilməsi və digər zəruri tədbirlərin icrası məqsədilə, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq əmrinə əsasən, Azərbaycan Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin əməkdaşlarından ibarət bütün regionlar üzrə monitorinq qrupları yaradılıb.

İlgili Makaleler

AQTA-dan Metbuat.az verilən məlumata görə, bugünədək müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq qruplarının iştirakı ilə pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı 195 anbarda monitorinqlər həyata keçirilib.

Monitorinqlər nəticəsində 137 müəssisənin Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Zəhərli kimyəvi maddələrin ölkə daxilində daşınması və saxlanması” Qaydalarının tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar edilib. Həmçinin monitorinq aparılan anbarların 84-də xüsusi təhlükəli kimyəvi maddə olan ammonium nitrat gübrəsi saxlanılmaqdadır ki, bu müəssisələrdən 70-də mövcud vəziyyətin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən olunub.

Monitorinqlər zamanı müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərən, o cümlədən çoxsaylı pozuntuların yol verildiyi müəssisələr müəyyən edilib. Aşkar olunan əsas uyğunsuzluqlar anbarların yaşayış məntəqələri, heyvan saxlanılan yerlər, taxıl anbarları və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havalandırma qurğularının quraşdırılmaması, məhsulların saxlanma şəraiti ilə bağlı tələblərin gözlənilməməsi, anbarda standartlara cavab verməyən, eləcə də vaxtı keçmiş məhsullar və digərləridir. Sözügedən uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələbləri üzrə müvafiq tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

AQTA bu sahədə çalışan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə, həmçinin təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır.

Nəzərə alınmalıdır ki, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarlar yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş tələblərə əsasən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən fəaliyyət növlərinə lisenziya alınmış anbarlarda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanılmasını həyata keçirə bilərlər. Həmçinin lisenziya alınmış anbar istifadə edilmədikdə, ünvanını və ya fəaliyyət istiqamətini dəyişdikdə, lisenziyanın və müvafiq rəyin ləğv edilməsi üçün aidiyyəti qurumlara rəsmi müraciət edilməlidir.

Pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda həyata keçirilmiş monitorinqlər nəticəsində qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmiş müəssisələrin siyahısı ilə tanış ola bilərsiniz.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu