fbpx

AQTİ-də Latviyanın Qida və Baytarlıq Xidmətinin baş direktoru ilə görüş keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Latviyanın Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodislə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə M.Balodisə AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası barədə geniş məlumat verilib.

Daha sonra qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılaraq qarşılıqlı fəal təcrübə mübadiləsiinin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra qonaq tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib, bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu