Arda “Real” barədə yekun qərarını verdi
“Real Madrid”in futbolçusu Arda Güler klubdakı karyerası ilə bağlı qərar verib.
BEY.AZ xəbər verir ki, futbolçu mövsümün fasiləsində “Real”ı tərk etmək istəyir. Məlumata görə, Arda və ailəsi “Real”ı tərk etmək barədə qərarlarını veriblər. Türk futbolçu icarə əsasında mütəmadi forma geyinə biləcəyi kluba getmək istəyir.
Qeyd edək ki, Arda Gülerin “Fənərbaxça”ya gedə biləcəyi barədə iddialar dərc edilmişdi. Onun mövsümün sonuna qədər icarə əsasında “Fənərbaxça”da forma geyinəcəyi irəli sürülmüşdü. Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 11 oyuna çıxıb, cəmi 2923 dəqiqə meydanda olub. O, bu matçlarda nə qol vura bilib, nə də məhsuldar ötürmə verə bilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |